• 13 İyul 2025
logo
Ukrayna MN Rusiyanın 20 minə yaxın hərbçi itirdiyini açıqlayıb

Ukrayna MN Rusiyanın 20 minə yaxın hərbçi itirdiyini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 753 tankı, 1968 zirehli döyüş maşını, 366 artilleriya sistemi, 122 reaktiv yaylım atəş sistemi, 64 havadan müdafiə sistemi, 160 hərbi təyyarəsi, 144 helikopteri, 1437 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 134 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 19 900 canlı qüvvəsini itirdiyini bəyan edib.