Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri göyərtəsində yanğın zamanı hərbi sursatın partlaması nəticəsində gəmi çox ciddi zədələnib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, - Nazirlik bildirib.
“Moskva” kreyserinin əsas göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.