• 6 İyul 2025
logo
Kreml Zelenskinin Medvedçuku ukraynalı əsirlərlə dəyişmək təklifinə münasibət bildirib

Kreml Zelenskinin Medvedçuku ukraynalı əsirlərlə dəyişmək təklifinə münasibət bildirib

Kreml Ukraynanın "Müxalifət platforması – Həyat uğrunda" partiyasının lideri Viktor Medvedçukun taleyi ilə maraqlanacaq. Avropa siyasətçilərini də Medvedçukun taleyi ilə maraqlanmağa çağırırıq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Viktor Medvedçukun taleyi ilə maraqlanacaqlar.
“Yeri gəlmişkən, Avropa siyasətçilərini də bunu etməyə, Kiyev rejiminin nümayəndələrinin siyasi baxışlarına görə onu təqib etməsini dayandırmağa çağırırıq”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin partiya liderini ukraynalı əsirlərlə dəyişmək təklifinə də münasibət bildirib.
“Medvedçuk Rusiya vətəndaşı deyil, o, xarici vətəndaşdır”, - Peskov vurğulayıb.