• 12 İyul 2025
logo
Ukrayna Rusiyanın 10 gəmisini milliləşdirir

Ukrayna Rusiyanın 10 gəmisini milliləşdirir

Ukrayna Rusiyanın 10 gəmisini milliləşdirir.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Xəbərə görə, texniki xidmət üçün Odessa limanlarında olan Rusiyaya məxsus 8 karqo gəmisi və 2 tanker milliləşdirilir: “Gəmilər iqtisadiyyatı bərpa etmək üçün Ukraynanın maraqlarına xidmət edəcək”.
Gəmilər saxlanılması üçün Ukrayna Dəniz Limanları Administrasiyasına təhvil verilib.
Gəmilərin Ukraynanın xeyrinə milliləşdirilməsi təşəbbüsü ilə bağlı materiallar artıq Odessa Vilayət Hərbi İdarəsinə göndərilib.