• 29 May 2022
logo
Rusiya Ordusu Mariupol limanı və Azovstal zavoduna hücuma keçib

Rusiya Ordusu Mariupol limanı və Azovstal zavoduna hücuma keçib

Rusiya Ordusu Azovstal metallurgiya zavodu və Mariupol dəniz limanı istiqamətində hücuma keçib.
Bu barədə Ukrayna Baş Qərargahının “Facebook” hesabında paylaşılan məlumatda qeyd olunub.
“Düşmən Donetsk və Tavriçesk istiqamətindən Mariupola aviasiya zərbələrini davam etdirib. O, Azovstal metallurgiya kompleksi və dəniz limanı istiqamətində hücum əməliyyatı həyata keçirir ”, - deyə məlumatda qeyd olunub.
Məlumatda əlavə olunub ki, Ukrayna döyüşçüləri ötən sutka ərzində Donetsk və Luqansk regionlarında Rusiya qüvvələrinin 6 hücumunu dəf edib və iki avtomobil texnikasını, 3 artilleriya sistemini məhv edib.