• 15 Sentyabr 2024
logo
Zelenski rusyönümlü partiya liderini ukraynalı əsirlərlə dəyişməyi təklif edib

Zelenski rusyönümlü partiya liderini ukraynalı əsirlərlə dəyişməyi təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski “Müxalifət platforması – Həyat uğrunda” partiyasının Siyasi Şurasının sədri Viktor Medvedçuku Rusiyaya əsir düşmüş ukraynalı hərbçilərə dəyişməyə hazır olduğunu deyib.
Bu barədə Zelenskinin Telegram-dakı rəsmi kanalında videomüraciəti yayımlanıb.
“O 48 gün gizlənirdi. Və nəhayət ölkə sərhədlərimizdən kənara qaçmağa cəhd göstərdi. Onun maskanalanmaq üçün hərbi formadan istifadə etməsini xüsusilə qeyd etmək istərdim. Əgər Medvedçuk özünə hərbi forma seçibsə, hərbi qanunlara uyğun olaraq Rusiya Federasiyasına onların adamını bizim əsirlikdə olan oğlan və qızlarımıza dəyişməyi təklif edirəm”, - Zelenski deyib.