• 15 Sentyabr 2024
logo
Britaniya kəşfiyyatı: Rusiya Ukraynada nəzarəti mərkəzləşdirməyə çalışır

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada nəzarəti mərkəzləşdirməyə çalışır

Rusiyanın ordu generalı Aleksandr Dvornikovu Ukraynadakı müharibəyə komandir təyin etməsi onun komanda və nəzarəti mərkəzləşdirmə səylərini göstərir.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Ukraynada hərbi fəaliyyətini əlaqələndirməyi və koordinasiya etməyi bacarmaması onun Ukraynanı işğalına bu günə qədər mane olub.
"Rusiyanın bir çox rəhbər generalları kimi, Dvornikovun daha əvvəl Suriyada komandir kimi təcrübəsi olub. Əlavə olaraq, o, 2016-cı ildə Ukraynanın Donbas regionu ilə sərhəddə yerləşən Rusiya Cənub Hərbi Dairəsinin komandiri olub. Dvornikovun təyinatı ukraynalıların necə qətiyyətli müqavimət göstərdiyini və Rusiyanın qeyri-effektiv müharibə öncəsi planlamasının onu hərbi əməliyyatları ilə bağlı yenidən dəyərləndirmə aparmaq məcburiyyətində qoyduğunu göstərir", - deyə məlumatda vurğulanıb.
Əlavə olunub ki, Rusiyanın son dövrlərdəki mesajları onun Ukraynanın şərqində, Donbas regionuna hücumlara fokuslandığını göstərir.