• 26 May 2022
logo
Almaniya Bundestaqının üzvləri Ukraynaya səfər edib

Almaniya Bundestaqının üzvləri Ukraynaya səfər edib

Almaniya Bundestaqının üzvləri Ukraynaya səfər edib.
“Spiegel” xəbər verir ki, Bundestaqın Müdafiə komitəsinin sədri Marie-Agnes Strack-Zimmermann (Azad Demokratlar Partiyası), Xarici işlər komitəsinin sədri Michael Roth (Sosial Demokratlar Partiyası) və Avropa ilə əlaqələr komitəsinin sədri Anton Hofreiter (Yaşıllar Partiyası) Ukraynanın qərbində Ali Radanın üzvləri ilə görüşəcəklər.
Rusiyanın Ukraynaya hücumundan sonra ilk dəfədir ki, Bundestaqın nümayəndələri üç komitə sədri ilə birlikdə Ukraynaya səfər edirlər.
Təhlükəsizliyə görə, səfər sona qədər məxfi saxlanılıb və Ukraynanın qərbində görüşün dəqiq yeri hələ də açıqlanmır
"Spiegel"in xəbərinə görə, Bundestaqın komitə sədrləri ukraynalı parlamentari Halyna Yançenkonun dəvətini qəbul edərək Ukraynaya səfər ediblər.
Yançenko Bundestaqın üç komitəsinin üzvlərinə və Almaniya-Ukrayna parlament qrupunun üzvlərinə məktubunda Lvovda görüşü təklif edib. Lakin bildirilir ki, tərəflər Polşa sərhədinə daha yaxın yerdə görüşəcəklər.