• 2 İyul 2025
logo
Rusiya MN: Ukraynada 32 hərbi obyekt vurulub

Rusiya MN: Ukraynada 32 hərbi obyekt vurulub

Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 32 hərbi obyektini vurub.
Bu barədə Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 32 hərbi obyektinə zərbələr endirib. Onların arasında Novomixailovka rayonunda, Buk-M1 zenit-raket kompleksi, Zolotarevka ərazisində, S-300 zenit raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar, o cümlədən bir komanda məntəqəsi və Ukrayna hərbi texnikası cəmləşdiyi 18 ərazi var”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.