• 9 Sentyabr 2024
logo
Britaniyalı nazir Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Britaniyalı nazir Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı Rusiyaya xəbərdarlıq edib

Əgər kimyəvi silahlar istifadə olunarsa, o zaman Prezident Putin bilməlidir ki, Qərbin buna cavabı ilə bağlı bütün mümkün variantlar masadadır.
"Sky News" xəbər verir ki, bunu Britaniyanın silahlı qüvvələr naziri Ceyms Heppi deyib.
Nazir bildirib ki, Britaniya hökuməti Mariupolda kimyəvi silahlardan istifadə ilə bağlı informasiyanı "təsdiq edə bilməyib" lakin bunun doğru olduğu sübut olunarsa, buna sərt cavab verəcəklərini bildirib.
"Bu şeylərin iğtişaşlara qarşı istifadə olunan gözyaşardıcı qazdan, tamamilə məhvedici kimyəvi silah sistemlərinə qədər istifadə oluna biləcəyinin mümkün olduğunu qəbul etmək vacibdir. Vəziyyətlə bağlı çox ikili yanaşmanın faydalı olduğunu düşünmürəm, çünki bunlar çox vacib və həssas məsələlərdir. Mən həmçinin düşünürəm ki, bəzi şeylər var ki, onlar qəbuledilməzdir, bu məsələlərdə mövqeyi aydın ortaya qoymaq vacibdir, kimyəvi silahlardan istifadə də öz cavabını alacaq və mümkün variantlar masadadır."
Nazir həmçinin Mariupoldakı Ukrayna Silahlı Qüvvələrini ölkənin Rusiya ilə davam edən müharibəsi fonunda göstərdikləri “heyrətamiz qəhrəmanlıqları” barədə də qeyd edib.
"Mən sadəcə hesab edirəm ki, onlar heyrətamiz insanlardır və son altı həftə ərzində Ukrayna silahlı qüvvələri ilə bağlı heyran qaldığımız hər şeyi təcəssüm etdirirlər."
Ukraynada müharibə cinayətlərinə toxunan britaniyalı nazir deyib ki, Rusiya qüvvələrinin Buça, Hostomel və İrpini tərk etməsindən sonrakı səhnələr “dəhşətli”dir.
“Bu, sadəcə olaraq ən dəhşətli insan itkisidir ki, bu, rusların düşünülmüş taktikasıdır”, nazir Heppi deyib.