• 28 May 2022
logo
Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada aprelin 12-də əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.
Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook” hesabındakı paylaşımında qeyd edib. O, humanitar dəhlizlərdən 5-nin döyüşlərin daha çox getdiyi Luqansk regionu üçün nəzərdə tutulduğunu bildirib.
Ötən gün Ukraynanın şəhərlərindən humanitar dəhlizlər vasitəsi ilə ümumilikdə 4 354 nəfərin təxliyə edildiyi bildirilir. Mühasirədə saxlanılan Mariupolu isə 550 mülki şəxs tərk edə bilib.