• 25 Fevral 2020
logo
Neft məmulatları zavodunda yanğın - Ölən var

Neft məmulatları zavodunda yanğın - Ölən var

Ötən gecə İranın qərbində yerləşən Kirmanşah vilayətinin Fəraman sənaye şəhərciyində neft məmulatları zavodunda yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayətinin Qırmızı Aypara Cəmiyyətinin ictimai əlaqələr idarəsi bildirib.
Məlumata görə, partlayış və yanğın nəticəsində zavodun bir işçisi həlak olub.
Yanğının söndürülməsi əməliyyatı 04:30-da başlanıb və 09:00-da söndürülüb.