• 1 İyul 2025
logo
Britaniya kəşfiyyatı: Ukraynanın şərqində döyüşlər intensivləşəcək

Britaniya kəşfiyyatı: Ukraynanın şərqində döyüşlər intensivləşəcək

Ukraynanın şərqində döyüşlər qarşıdakı iki və ya üç həftə ərzində intensivləşəcək.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiya hücumları Donetsk və Luqansk yaxınlığındakı Ukrayna mövqelərinə fokuslanmış olaraq qalır.
Vurğulanıb ki, Xerson və Nikolayev uğrunda döyüşlər davam edir, Kramatorks istiqamətində isə rusların hücumu yenilənib.
Əlavə olunub ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatları dəstəkləmək məqsədi ilə Belarusdan çəkilməyə davam edir.