• 28 May 2022
logo
Podolyak: “Putin qismən haqlı idi”

Podolyak: “Putin qismən haqlı idi”

“Rusiya neft-qazından imtina etmək vaxtıdır”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
“Dürüst olaq. Dünya bilirdi ki, Rusiya aylardır müharibə planlaşdırır. Biz silah, sanksiyalar istəyəndə bizə təxliyə və “Zoom-hökumət” təklif etdilər. Biz Rusiya ilə əlaqələri dayandırmağı tələb edəndə, Kiyevin üç günə işğal olunacağını dedilər.
Putin öz təhlilində qismən haqlı idi. Bəzi siyasətçilər o vaxt artıq Ukraynanı təslim etmək qərarına gəlmişdilər. Onlar “ciddi narahatlıq” ifadə etməyə, psevdo-sanksiya tətbiq etməyə hazır idilər. Ancaq bir şəxs imtina etməyə razı olmadı: Prezident Zelenski və Ukrayna xalqı. Bəzən bir şəxs düzgün seçim edərək hər şeyi dəyişə bilər. Mütəxəssisləri yox, öz ürəyini dinləmək lazımdır. Avropa İttifaqı siyasətçiləri üçün bu seçimi etmək hələ də gec deyil. Gələcək üçün məsuliyyət götürmək və Rusiya neft-qazından imtina etmək vaxtıdır”, - Podolyak qeyd edib.