• 29 May 2022
logo
Pakistanın yeni Baş naziri seçilib

Pakistanın yeni Baş naziri seçilib

Pakistan parlamenti ölkənin yeni Baş nazirini seçib.
"Reuters" xəbər verir ki, Şahbaz Şərif ölkənin yeni Baş naziri təyin olunub.
Parlamentdə səsvermə gücləndirilmiş təhlükəsizlik rejimində keçirilib.
Səsvermədən öncə parlament binasına aparan bütün yollar bloklanıb.
Yeni Baş nazirin andiçmə mərasiminin bu gün keçirilməsi planlaşdırılır.
Şahbaz Şərif Pakistan müxalifətinin sabiq Baş nazir İmran Xan hökumətinin devrilməsi səylərinə rəhbərlik edib.
O, hökumətin ölkə iqtisadiyyatını inkişaf etdirəcəyini və siyasi opponentlərindən revanş almayacağını vəd edib.
70 yaşlı siyasətçi Pakistan parlamentinə 2018-ci ildə seçilib və Pakistan Müsəlman Liqası-Navaz (PML-N) partiyasının lideri olub.
Xatırladaq ki, sabiq Baş nazir İmran Xan parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində 174 deputatın səsi ilə vəzifəsindən azad edilib.