• 27 May 2022
logo
Avropa İttifaqı İqor Korotçenkoya sanksiya tətbiq edib

Avropa İttifaqı İqor Korotçenkoya sanksiya tətbiq edib

Kreml jurnalistlərə və media rəhbərlərinə qarşı sanksiyaları pisləyir, bu, qəbuledilməzdir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz dəfələrlə demişik, xüsusən də bilirsiniz ki, bu bizim sanksiya altına düşən ilk media rəhbərlərimiz deyil, həmkarlarınız bir müddətdir ki, sanksiyalar altındadırlar. Ona görə də biz sanksiyaları qəbuledilməz və qanunsuz hesab edirik. Jurnalistlərə, KİV nümayəndələrinə və rəhbərlərinə hansısa məhdudlaşdırılmaların tətbiq edilməsini qeyri-qanuni hesab edirik, bunu qətiyyən qəbuledilməz hesab edirik və qətiyyətlə pisləyirik”, - Kremlin sözçüsü yeni sanksiyaları şərh edərkən deyib.
O, sanksiyaların KİV-in işinə təsir etməyəcəyinə də əmin olduğunu vurğulayıb: "Sanksiyaların KİV-in tutduğu obyektiv redaksiya xəttinə hansısa şəkildə təsir göstərməsi ehtimalı azdır. Heç kəsin zərrə qədər də şübhəsi yoxdur ki, bizim KİV fəal işləməyə və dünyanın hər yerində bizim ölkədə baş verənlər haqqında həqiqəti çatdırmağa davam edəcək”.
Qeyd edək ki, Avropa İttifaqı Rusiya Federasiyasından olan şəxslərə qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni sanksiya siyahısına “Krasnaya Zvezda” media holdinqinin prezidenti Aleksey Pimanov, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko, “Komsomolskaya Pravda“nın baş direktoru Vladimir Sunqorkin, “Moskovski Komsomolets” qəzetinin baş direktoru Pavel Qusev, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyev və digər jurnalistlər daxil edilib.