• 25 May 2022
logo
Kreml Klintona cavab verib: Rusiyanın NATO-ya üzvlüyü qeyri-mümkündür

Kreml Klintona cavab verib: Rusiyanın NATO-ya üzvlüyü qeyri-mümkündür

ABŞ dəfələrlə Rusiyanın NATO-ya daxil olmasının qeyri-mümkünlüyündən danışıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının vaxtilə alyansa dəvət olunması ilə bağlı iddiaları şərh edərkən bildirib.
Kremlin sözçüsündən ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Atlantic” jurnalında SSRİ-nin dağılmasından sonra Rusiyanın gələcəkdə mümkün NATO üzvlüyünün qapısının guya açıq qalması ilə bağlı yazdığı məqaləni şərh etməsi xahiş olunub.
“Məndə belə bir məlumat yoxdur, amma dəqiq bilirəm ki, Amerika tərəfi dəfələrlə belə bir üzvlüyün mümkün olmadığını bildirib. Əslində, de-fakto deyilib ki, qapılar bağlıdır, Ona görə ki, bu, prinsipial olaraq qeyri-mümkündür”, - Kremlin sözçüsü vurğulayıb.