• 28 May 2022
logo
Zelenski: “Rusiya qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər”

Zelenski: “Rusiya qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər”

"Mariupolda on minlərlə insan öldürülüb".
“Sky News“ xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Cənbui Koreya parlamentinə müraciətində deyib.
“Mariupol məhv edilib. Orada on minlərlə insan öldürülüb”, - Prezident Zelenski vurğulayıb.
Zelenski əlavə edib ki, nəhəng itkilərə baxmayaraq, Rusiya hücumları dayandırmır.
O, Ukraynanın təyyarələrdən tanklara qədər çox müxtəlif hərbi texnologiyalara ehtiyac duyduğunu vurğulayıb.
Ukrayna Prezidenti əlavə edib ki, Rusiya ruh düşkünlüyünə uğramış əsgərlərinin imkanlarına dair suallara baxmayaraq, Ukraynanın şərqinə qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər.
Zelenski Rusiyanın məğlubiyyətini etiraf etməkdən qorxduğu üçün qarşıdakı həftənin gərgin keçəcəyi barədə xəbərdarlıq edib.
“Rusiya qoşunları ölkəmizin şərqində daha genişmiqyaslı əməliyyatlara keçəcək. Onlar bizə qarşı daha çox raketlər, daha çox aviasiya bombaları istifadə edə bilərlər. Amma biz onların fəaliyyətlərinə hazırlaşırıq. Biz cavab verəcəyik”, - Zelenski vurğulayıb.