• 27 May 2022
logo
Ukrayna DİN: Rusiyanın Donbasa böyük hücumu başlayıb

Ukrayna DİN: Rusiyanın Donbasa böyük hücumu başlayıb

Rusiyanın Donbass regionuna böyük hücumu artıq başlayıb.
CNN xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko yerli telekanala açıqlamasında deyib.
“Mənim nöqteyi-nəzərimdən bu böyük hücum artıq başlayıb. Biz başa düşməliyik ki, bu, ilk aviazərbələrin və partlayışların başladığı 24 fevralın təkrarı olmayacaq. Böyük hücum de-fakto başlayıb”, - Vadim Denisonko vurğulayıb.
O, Luqansk və Donetsk regionlarına Rusiyanın hərbi qüvvə və vasitələr cəmləməyə davam etdiyini qeyd edib: “Bəli, orada hələ də ötən bir neçə gün ərzində haqqında müzakirələrin aparıldığı böyük döyüşlər yoxdur. Amma ümumilikdə biz hücumun artıq başladığını deyə bilərik”.
Denisenko gecə ərzində Ukraynanın Dnepropetrovsk regionunda partlayışların və Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovun top atəşinə tutulmasının davam etdiyini qeyd edib.