• 28 May 2022
logo
Ukraynadakı müharibədə 183 uşaq həlak olub

Ukraynadakı müharibədə 183 uşaq həlak olub

Ukraynadakı müharibə indiyədək 183 uşağın həyatına son qoyub, 342 azyaşlı isə yaralanıb.
UNIAN-ın xəbərinə görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, onlardan 110-u Donetsk, 98-i isə Kiyevdə qətlə yetirilib.
Bununla yanaşı Xarkovda öldürülən uşaqların sayı 76-ya çatıb. Çerniqov vilayətində 54, Nikolayevdə 40, Luqanskda isə 35 uşaq gülləyə tuş gəlib. Zaparojyedə 22 azyaşlı ölümdən xilas ola bilməyib. Sum vilayətində 16, Jitomirdə isə 15 uşaq dünyasını dəyişib.
BMT-nin məlumatında isə deyilir ki, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar nəticəsində 1793 dinc sakin öldürülüb.
Bundan əlavə, 938 mülki obyektə ziyan dəyib ki, onların da 87-i tamamilə dağıdılıb.
Qeyd edək ki, Baş Qərargah rəqəmlərin yalnız rəsmi məlumatlara əsaslandığını, ölü və yaralı sayının isə daha çox ola biləcəyini istisna etməyib.