Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 148 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 651 470, ölənlərin sayı isə 16 771 nəfərə çatıb. Virusa yoluxanlardan 1 631 434 nəfərin sağaldığı bildirilib.