• 6 İyul 2025
logo
Boris Conson Kiyevdə səfərdədir - FOTO - YENİLƏNİB

Boris Conson Kiyevdə səfərdədir - FOTO - YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə səfəri ilə bağlı paylaşım edib.
Zelenski sosial şəbəkədə Boris Consonun Rusiyaya sanksiya təzyiqi və Ukraynaya müdafiə dəstəyi üzrə lider olduğunu vurğulayaraq “Kiyevə xoş gəldin, dostum” qeydini yazıb və Consonla fotolarını paylaşıb.
***
18.10
Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfər edib.
UNİAN xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
"Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb. Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiyaya qarşı sanksiyalarda liderdir" - deyə Sibiqa vurğulayıb.