• 8 Sentyabr 2024
logo
Türkiyə XİN Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayır

Türkiyə XİN Aİ, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın aprelin 6-da Brüssel görüşündə əldə edilən nəticələri alqışlayır.

Bu barədə Türkiyə XİN bəyanat yayıb.
Bildirilib ki, Türkiyə XİN görüşdə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinə sülh müqaviləsi barədə hazırlıqlara başlamaqla bağlı təlimatın verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər Birgə Sərhəd Komissiyasınən qurulmasına dair razılıq əldə olunmasından məmnuniyyət duyur.