• 2 İyul 2025
logo
Türkiyə XİN İlham Əliyevlə Nikol Paşinyanın görüşünə münasibət bildirib

Türkiyə XİN İlham Əliyevlə Nikol Paşinyanın görüşünə münasibət bildirib

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirliklərinə sülh sazişinə dair hazırlıq işlərinə başlamaq tapşırığının verilməsi və aprelin sonuna kimi birgə sərhəd komissiyasının yaradılması haqqında razılığın əldə olunmasından məmnunuq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Türkiyə Cümhuriyyəti regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləyir və bu istiqamətdə fəal töhfə verir.