• 28 May 2022
logo
Akar Ukrayna müdafiə naziri ilə mülki əhalinin təxliyəsini müzakirə edib

Akar Ukrayna müdafiə naziri ilə mülki əhalinin təxliyəsini müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun telefon danışığı olub.

APA-nın Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Hulusi Akar tərəfindən diplomatik həllə kömək etmək və insan itkisinin qarşısını almaq üçün ən qısa zamanda atəşkəsin elan edilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, Mariupolda mülki əhalinin qurudan və dənizdən təhlükəsiz təxliyəsi məsələsi də müzakirə edilib.

Akar Türkiyənin Ukraynaya humanitar yardım üçün öhdəsinə düşən köməkliyi etməyə davam edəcəyini bir daha qeyd edib.