• 25 May 2022
logo
İstanbulda hərbi məktəbdə partlayış baş verib

İstanbulda hərbi məktəbdə partlayış baş verib

İstanbulun Tuzla Hərbi Piyadə Məktəbinin şəhərciyində yerləşən sursat anbarında yanğın baş verib.

APA İHA-ya istinadən xəbər verir ki, yanğın gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmayıb. Partlayışın səbəbi araşdırılır.