• 26 May 2022
logo
Ursula von der Leyen və Zelenski sabah görüşəcək

Ursula von der Leyen və Zelenski sabah görüşəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşəcəyi tarix açıqlanıb.
Bu barədə Ukrayna Prezidentinin sözçüsü Sergey Nikiforov yerli mətbuata bu barədə bildirib.
Onun sözlərinə görə, von der Leyen və Zelenski aprelin 8-də görüşəcək.
Ukrayna rəsmisi danışıqların təfərrüatlarının təhlükəsizlik baxımından açıqlanmayacağını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Avropa Komissiyasının prezidentinin mətbuat katibi bildirib ki, Ursula von der Leyen və Cozep Borrell bu həftə Kiyevə səfər edəcək.