• 27 May 2022
logo
Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
O bildirib ki, Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan kömür və neft idxalını dayandıracaq, oliqarxlara və əsas strateji sənayelərə qarşı yeni tədbirlər görəcək: “Bundan əlavə, gələn həftədən etibarən əsas neft emalı avadanlığının və katalizatorların ixracı da qadağan olunacaq ki, bu, Rusiyanın neft hasil etmək və ixrac etmək qabiliyyətini aşağı salacaq”.
Nazirin sözlərinə görə, bu gün tətbiq olunan sanksiyalar paketinə əsasən, Rusiyanın ən böyük bankı “Sberbank”ın və “Moskva Kredit Bankı”nın bütün aktivləri dondurulur.
XİN başçısı diqqətə çatdırıb ki, ölkəsi bundan sonra Rusiyaya sərmayə yatırmağa son qoyacaq.
Liz Trass onu da qeyd edib ki, daha 8 oliqarxa sanksiya tətbiq edilib. Rusiyanın üçüncü ən böyük və dövlətə məxsus neft istehsalçısı "Qazprom Neft"in baş icraçı direktoru Aleksander Dyukov, Rusiyanın üçüncü ən böyük bankı olan “Qazprombank”ın sədri Andrey Akimov və “Kamaz" şirkətinin naş direktoru Sergey Koqogin sanksiya tətbiq edilən şəxslər arasındadır.
Xatırladaq ki, 2020-ci ildə Böyük Britaniyanın Rusiyaya investisiyası 11 milyard funt-sterlinqdən çox olub.