• 28 May 2022
logo
Kiyevdə müharibə vaxtı 89 nəfər öldürülüb

Kiyevdə müharibə vaxtı 89 nəfər öldürülüb

İşğal başlayandan Kiyevdə uşaqlar da daxil olmaqla ən azı 89 nəfər öldürülüb, 167 ev dağıdılıb.
CNN xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının “Telegram” hesabındakı paylaşımında bildirilib.
Əlavə olunub ki, şəhərdə 20-si uşaq olmaqla ümumilikdə 398 nəfər yaralanıb.
Məlumatda o da qeyd olunub ki, Rusiya qoşunları 44 məktəb binasını, 11 inzibati binanı, 26 uşaq bağçasını və körpələr evini dağıdıb. Eləcə də, iki idman obyekti, 4 sosial müəssisə, 17 səhiyyə müəssisəsi, 10 mədəni müəssisə və 48 nəqliyyat infrastrukturu Rusiya tərəfindən hücuma məruz qalıb.
Administrasiya sakinləri ayıq-sayıq olmağa və hava hücumu həyəcan siqnalları zamanı sığınacaqda olmağa çağırıb.