• 27 May 2022
logo
Jirinovskinin partiyasına yeni fraksiya rəhbəri təyin olunub

Jirinovskinin partiyasına yeni fraksiya rəhbəri təyin olunub

Leonid Slutksi müvəqqəti olaraq Rusiya Dövlət Dumasında Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri təyin olunub.
Dumanın Liberal Demokrat fraksiyasının rəhbəri vəzifəsini müvəqqəti olaraq icra etmək parlamentin Beynəlxalq məsələlər üzrə komitə sədri Leonid Slutskiyə həvalə olunub.
Qeyd edək ki, Dumanın Liberal Demokrat fraksiyasının rəhbəri Vladimir Jirinosvki bu gün 75 yaşında uzun müddət koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.