• 5 İyul 2025
logo
Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya etdiyi hərbi yardımdan 35 dəfə çoxdur

Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya etdiyi hərbi yardımdan 35 dəfə çoxdur

Ukraynada müharibə başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan 35 milyard avro dəyərində yanacaq alıb.
Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, Aİ bu müddətdə Ukraynaya cəmi 1 milyard avro dəyərində silah-sursat yardımı edib.
“Biz ukraynalılara özlərini müdafiə etmələri üçün yardım etməliyik. Biz Ukraynaya 1 milyard avro vermişik. Bu çox görünə bilər, lakin bu məbləği biz (Rusiya Prezidenti Vladimir – red.) Putinə bizə tədarük etdiyi enerjiyə görə hər gün ödəyirik. Bu gün biz kömür alışına son veririk, lakin bunun həmin məbləğdəki payı çox kiçikdir ”, - Borrell qeyd edib.