• 26 May 2022
logo
Mark Milley: "Ukraynada münaqişə illərlə davam edə bilər"

Mark Milley: "Ukraynada münaqişə illərlə davam edə bilər"

Dünyada böyük beynəlxalq münaqişə potensialı artır.
Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley Konqresin Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmə zamanı deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynanı işğalı 42 illik xidməti boyunca gördüyü Avropa və bütün dünyada sülh və təhlükəsizliyə ən böyük təhdiddir: “Rusiyanın Ukraynanı işğalı yalnız Avropada sülh və sabitliyə deyil, dünyada sülh və sabitliyə zərbə vurmaq təhdididir ki, mənim valideynlərim və amerikalı nəsillər bunun müdafiəsi üçün çox mübarizə aparıblar. Biz iki qlobal güclə üzləşirik: Çin və Rusiya. Hər ikisi nəzərəçarpacaq hərbi imkanları olan bu ölkələr qaydalara əsaslanan hazırkı qlobal nizamı fundamental şəkildə dəyişmək niyyətindədir. Biz daha qeyri-stabil bir dünyaya daxil oluruq və böyük beynəlxalq münaqişə üçün potensial azalmır, artır”, - Milley bildirib.
General Ukraynada münaqişənin illərlə davam edə biləcəyini də vurğulayıb.