Ukraynanın Macarıstandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Reuters" xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib.
O deyib ki, Ukrayna səfiri Macarıstanın Ukrayna-Rusiya müharibəsinə mövqeyi ilə bağlı təhqiramiz bəyanatlar səsləndirdiyinə görə çağırılıb.
Peter Siyarto aprelin 3-də keçirilən seçkilərdə hakim partiyanın inamlı qələbəsinə toxunaraq, "Ukrayna liderlərinin Macarıstana yönəlmiş təhqirlərini dayandırmağın və macar xalqının iradəsini etiraf etməyin vaxtı çatıb", o deyib.