• 25 May 2022
logo
Mer: “Buçada 320 mülki şəxs qətlə yetirilib”

Mer: “Buçada 320 mülki şəxs qətlə yetirilib”

“Ukraynanın Buça şəhərində Rusiya qüvvələri işğal zamanı 320 mülki şəxsi qətlə yetirib”.
Bunu BBC-yə açıqlamasında şəhərin meri Anatoli Fedoruk deyib.
O, Rusiya hərbçiləri tərəfindən bir neçə şəxsin edam edilməsinə şəxsən şahidlik etdiyini qeyd edib.
“Mən bir neçə epizod görmüşəm. Kiyev istiqamətində təxliyə olunmağa çalışan üç avtomobil var idi, onlara qəddarcasına atəş açıldı”, - mer bildirib.
Fedoruk Rusiya hərbçilərinin işğal dövründə yerli siyasətçiləri “ovladığını” deyib.