• 17 Sentyabr 2024
logo
Kreml Putin-Zelenski görüşü üçün şərtini açıqlayıb

Kreml Putin-Zelenski görüşü üçün şərtini açıqlayıb

Moskva üçün heç nə dəyişməyib, Kreml imzalanacaq sənədin mətni razılaşdırıldıqdan sonra Putin-Zelenski görüşünün mümkünlüyünü rədd etmir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Volodimir Zelenskinin görüşünün perspektivlərindən danışarkən deyib.
"Bizim üçün heç nə dəyişməyib. Biz prezidentimiz üçün görüşün imkanını rədd etmirik. Amma bir daha təkrar edirik ki, belə bir görüş yalnız sənədin mətni razılaşdırıldıqdan sonra mümkündür",- deyə Putinin sözçüsü vurğulayıb.