Avstriya Kansleri Karl Nehammer yaxın günlərdə Ukraynaya səfər edəcək.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Avstriya kanslerinin ofisi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində K. Nehammer ilə Prezident Vladimir Zelenski arasında görüş keçiriləcək.
Məlumatda qeyd olunub ki, Avstriya Ukraynaya mümkün siyasi və humanitar dəstəklə yanaşı, Ukraynanı maliyyə yardımı və silahla təmin edib və tezliklə növbəti yardımı göstərəcək.
K. Nehammerin Ukraynaya səfəri ilə bağlı əlavə detalların təhlükəsizlik səbəbi ilə ictimaiyyətə açıqlanmadığı vurğulanıb.