• 26 May 2022
logo
Almaniya XİN Rusiyadan qaz tədarükünə embarqo qoyulmasını istisna edib

Almaniya XİN Rusiyadan qaz tədarükünə embarqo qoyulmasını istisna edib

Almaniyanın xarici işlər naziri Annalena Burbok Moskva ilə münasibətlərin növbəti dəfə gərginləşməsinə baxmayaraq, Rusiya qazının tədarükünə embarqo qoyulmasına qarşı çıxıb.

APA TASS-a istinadən xəbər verir ki, Annalena Burbok, Almaniya hakimiyyəti Aİ-dəki tərəfdaşları ilə birlikdə Rusiya qazından asılılığın azaldılması prosesini müzakirə edəcəyini bildirib.
"Əgər tam embarqo bu müharibəni dayandırsaydı, biz bunu dərhal edərdik", - "Die Welt" çərşənbə axşamı xarici işlər nazirinin sözlərindən sitat gətirib. Burbok hesab edir ki, belə bir qərar münaqişənin davam etdirilməsi üçün baha başa gələcək. Buna baxmayaraq, Burbok əmin edib ki, Almaniya hakimiyyəti Aİ-dəki tərəfdaşları ilə birlikdə Rusiya qazından asılılığın azaldılması prosesini müzakirə edəcək.