• 7 Sentyabr 2024
logo
Avropa İttifaqı və Ukrayna birgə təhqiqat komandası yaradıb

Avropa İttifaqı və Ukrayna birgə təhqiqat komandası yaradıb

Rusiya qüvvələrinin geri çəkilməsinin ardınca Buçadakı vəziyyətlə bağlı fotoların yayılmasından sonra Avropa İttifaqı (Aİ) və Ukrayna ilə birgə təhqiqat komandası yaradıb.
CNN-in xəbərinə görə, bu, Aİ-nin məsələ ilə bağlı bəyanatında qeyd olunub.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Aİ təhqiqat komandaları göndərərək bu istiqamətdə Ukrayna prokurorluq orqanlarının səylərini gücləndirməyə hazırdır. O, məsələyə qlobal cavabın zəruri olduğunu vurğulayıb: “Eurojust” və Beynəlxalq Cinayət Məhkəməsi arasında qüvvələrin birləşdirilməsi və BCM-in Birgə Təhqiqat Qrupunun iştirakçısı olması ilə bağlı danışıqlar davam edir. Ukrayna rəsmiləri, Aİ, üzv dövlətlər və agentliklər, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu cür koordinasiyalı yanaşma sübutların hərtərəfli və mümkün qədər effektiv şəkildə toplanmasına, təhlilinə və işlənməsinə imkan verəcək”.
O, Avropa Komissiyasının Aİ-nin rəhbərlik edəcəyi təhqiqatlar üçün bütün zəruri maddi-texniki yardımları təmin edəcəyini qeyd edib.