• 19 Aprel 2024
logo
PKK terror təşkilatından çıxanların sayı artır

PKK terror təşkilatından çıxanların sayı artır

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 2 terrorçu təslim olub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir ki, son olaraq Suriyanın şimalındakı düşərgələrdən silah-sursatla qaçan 2 PKK/YPG terrorçusu Suruçdakı sərhəd məntəqəsində təslim olub.

PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir.