• 25 May 2022
logo
Rusiya hərbi aviasiyası ötən gecə ərzində Ukraynanın 14 hərbi obyektini vurub

Rusiya hərbi aviasiyası ötən gecə ərzində Ukraynanın 14 hərbi obyektini vurub

Rusiya Müdafiəs Nazirliyi Rusiya hərbi aviasiyasının ötən gecə ərzində Ukraynanın 14 hərbi obyektini vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 14 hərbi obyektini vurub. Məhv edilən hərbi obyektlər arasında iki komanda məntəqəsi, Krasnoqorsk və Verxnetoretskoye vilayətlərində Buk-M1 zenit-raket komplekslərinin iki buraxılış qurğusu, bir artilleriya batareyası, iki raket və artilleriya silah və sursat anbarı, üç yanacaq anbarı, həmçinin altı dayan məntəqəsi və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var”, deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Nikolaev, Xerson, Kuraxovka, İndustrialnoe, Velikaya Novoselka yaşayış məntəqələrinin ərazilərində havada altı pilotsuz uçuş aparatını vurduğunu söyləyib.
Ümumilikdə, xüsusi əməliyyat başlayandan Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 392 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.