• 21 May 2022
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 758 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 758 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 208 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 649 430, ölənlərin sayı isə 16 758 nəfərə çatıb. Virusa yoluxanlardan 1 628 643 nəfərin sağaldığı bildirilib.