• 28 May 2022
logo
Ukraynada müharibə zamanı 158 uşaq həlak olub

Ukraynada müharibə zamanı 158 uşaq həlak olub

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq isə yaralanıb.
“Ukranews.com” saytının xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun bəyanatında qeyd olunub.
Bildirilib ki, ən çox Kiyev, Donetsk, Xarkov, Çerniqov və Nikolayev regionlarında yaşayan uşaqlar müharibənin qurbanına çevriliblər.
Məlumatda vurğulanıb ki, 18-20 mart tarixlərində Rusiya Silahlı Qüvvələrinin Çerniqov regionunda mülki avtomobilləri artilleriya atəşinə tutması nəticəsində 2-si uşaq olmaqla 13 nəfər həlak olub.
Martın 26-da Mariupolun atəşə tutulması nəticəsində isə 3 uşaq həlak olub.
Məlumatda o da qeyd olunub ki, bombardman və top atəşləri nəticəsində Ukraynada ümumilikdə 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə yararsız hala düşüb.