• 28 May 2022
logo
Ukraynada müharibə başlayandan 29 kilsə dağıntıya məruz qalıb

Ukraynada müharibə başlayandan 29 kilsə dağıntıya məruz qalıb

Ukraynada müharibə başlayandan 53 vacib mədəni abidə dağıntıya məruz qalıb.
BBC-nin xəbərinə görə, bu barədə UNESCO-nun məlumatında bildirilib.
Qeyd olunub ki, hərbi əməliyyatlar nəticəsində 29 kilsə, 16 tarixi bina, 4 muzey və 4 abidə zədələnib. Dağıntıya məruz qalan abidələrin Kiyev, Xarkov və Çerniqovda yerləşdiyi bildirilib.
“Bu son siyahıdır, lakin hərtərəfli deyil, bizim ekspertlərimiz məlumatları təsdiqləməyə davam edirlər”, - təşkilatın mətbuat katibi AFP xəbər agentliyinə bildirib.
UNESCO dağıntıları təsdiqləmək üçün peyk fotolarından və şahidlərdən istifadə etdiyini açıqlayıb.