• 26 May 2022
logo
Kreml Putinlə Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb

Kreml Putinlə Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı Putin martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsində göstərdiyi köməyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.
Liderlər Ukrayna ilə bağlı danışıqlar prosesinə prinsipial qiymət veriblər.
Humanitar məsələləri müzakirə edərkən Ərdoğan Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin Ukraynadakı döyüş bölgəsindən çıxarılmasında köməyə görə təşəkkür edib.
İkitərəfli əməkdaşlığın inkişafı mövzusuna da toxunulub.
Liderlər gələcək təmaslar haqqında razılığa gəliblər.