• 9 Sentyabr 2024
logo
Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ müşavirəsini keçirib.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, videokonfrans formatında keçirilən müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin neytrallaşdırılması məsələləri müzakirə olunub.
Daxili işlər naziri Vladimir Kolokoltsev məruzə ilə çıxış edib.