Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Rau Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla da görüşəcək.
Bundan əvvəl, ATƏT sədri Tbilisi və Bakıda səfərdə olub.
Səfərin məqsədi Cənubi Qafqazda dialoq, stabillik və əməkdaşlığa töhfə verməkdir.