• 7 Dekabr 2024
logo
Britaniya Ukraynaya əlavə 175 mln. funt sterlinq yardım edəcək

Britaniya Ukraynaya əlavə 175 mln. funt sterlinq yardım edəcək

Baş nazir Boris Conson Britaniyanın Ukraynaya əlavə maliyyə yardımı edəcəyini açıqlayıb.
Baş nazir bildirib ki, əlavə maliyyə yardımının həcmi 175 milyon funt sterlinqdir.
Onun sözlərinə görə, bunun 100 milyon dolları (təxminən 76 milyon funt sterlinq) birbaşa Ukrayna hökumətinə ayrılacaq: “Bu qrant kritik dövlət funksiyalarının fəaliyyətini davam etdirmək, dövlət sektorunun maaşlarını, habelə pensiyaları dəstəkləmək üçün istifadə edilə bilər”.
Boris Conson qeyd edib ki, Britaniya indiyədək Ukraynaya ümumilikdə 400 milyon funt-sterlinq yardım edib.