Macarıstan ölkənin qərbində NATO qoşunlarının yerləşdirilməsinə icazə verib.
“Reuters”in xəbərinə görə, bu barədə Baş nazir Viktor Orban müvafiq fərman imzalayıb.
Macarıstan NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə, həmçinin öz ərazisi vasitəsilə NATO-ya üzv olan digər dövlətlərə silah tədarükünə icazə verir.
Bununla belə, fərmanda deyilir ki, Macarıstan öz ərazisindən Ukraynaya ölümcül silah daşınmasına icazə vermir.