Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimum səviyyədə olaraq qalır.
Rusiya mətbuatının xəbərinə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.
Xəbərə görə, müraciətlərə əsasən, martın 6-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 109,5 mln. kubmetr təşkil edir. Bununla yanaşı, fevralın 24-dən etibarən Ukrayna ərazisi ilə qazı tranziti kəskin artıb və hazırda maksimum səviyyədədir.
Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir.