Ukraynanın Mariupol şəhərindən dinc əhalinin təxliyəsi üçün artıq avtobuslar göndərilib.
Bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Kirill Timoşenko “Teleqram”-da paylaşım edib.
***
saat 12.56
Ukraynan və Rusiya silahlı birləşmələri arasında döyüş meydanına çevrilən Mariupoldan dinc əhalinin təxliyəsinə növbəti dəfə cəhd olunacaq.
“Ukrinform”-un verdiyi məlumata görə, Mariupol Şəhər Şurası bu gün yerli vaxtla saat 12.00-da Mariupoldan dinc əhalinin təxliyəsinin başlanacağını açıqlayıb.
Tərəflər bu gün saat 06.00-21.00 aralığında humanitar atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, dünən humanitar atəşkəs elan olunsa da, Mariupoldan dinc əhalinin təxliyəsi baş tutmayıb. Bununla əlaqədar tərəflər qarşılıqlı olaraq bir-birini günahlandırıblar.